"Şəmkir Gənc Həkimlər Birliyi" növbəti pulsuz tibbi müayinə keçirib
qhtxeber.az  Şəmkirdə gənc sağlamlıq keçikçiləri tərəfindən könüllü təşkil olunan “Gənc Həkimlər Birliyi” İrmaşlı kəndində pulsuz tibbi müayinə keçirib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, kəndin sakinlərinə, xüsusilə də aztəminatlı ailələrə tibbi müayinə xidməti göstərilib. 
 
Birlik İrmaşlı kəndində 87 nəfər sakinin pulsuz tibbi müayinəsini reallaşdırıb, bir nəfəri isə təmənnasız əməliyyat üçün Şəmkir Mərkəzi Xəstəxanasına dəvət ediblər. 
 
Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.
 


09.10.2019 | 10:54