Şuranın dəstəyilə “İcbari tibbi sığortanın şərtləri və əhalinin sağlamlığının qorunmasında rolu”ndan danışılıb
qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyi “İcbari tibbi sığorta vətəndaşların sağlamlığının mühafizəsinin dövlət təminatıdır” layihəsini icra edir.
 
Layihə çərçivəsində icbari tibbi sığortanın tətbiqinin əhalinin sağlamlığının qorunmasında rolu və özüməşğul insanların bu prosesə cəlb olunması məqsədi ilə növbəti təlim Zaqatala rayonunun Talabinələr (3-cü Tala) kənd tibb məntəqəsində keçirilib. 
 
“İcbari tibbi sığortanın şərtləri və əhalinin sağlamlığının qorunmasında rolu” mövzusunda keçirilən təlimdə layihə rəhbəri Sveta Rəfiyeva iştirakçıları salamlayaraq layihənin donoru, məqsədi barədə ətraflı məlumat verib. Layihənin mahiyyətini açıqlayan S. Rəfiyeva özüməşğul insanları icbari tibbi sığortaya qoşulmağın əhəmiyyəti barədə məlumatlandırıb.
 
Təlimçi Nizami Musayev icbari tibbi sığortanın məqsədi, özüməşğul insanların fəallığının vacibliyindən danışıb, sığorta zərfləri və s. barədə təlim iştirakçılarını ətraflı izah edib.
 
Sonda içtirakçılaraı buklet və təlim materialları paylanılıb.
 
 
 


09.10.2019 | 16:58