Şura Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü, Azay Quliyev QHT-lərə müraciət etdi
Şura sədri, millət vəkili Azay Quliyev Şura üzvlərinə və QHT-lərə müraciət edərək koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb.
 
O, bu barədə tvitter hesabında yazıb:
 
"Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri və katibliyin əməkdaşları #Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürmək haqqında qərar qəbul etdik. Bütün QHT-ləri də bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıram".


25.03.2020 | 20:16