Vətəndaş cəmiyyəti nümayəndələri “Armenia, RESPECT INTERNATIONAL LAW!” adlı kampaniyaya başlayırlar
Vətəndaş cəmiyyəti nümayəndələri “Armenia, RESPECT INTERNATIONAL LAW!” adlı kampaniyaya başlayırlar. Bu barədə Şura üzvü Nərgiz Xələf məlumat yayıb. 
 
Şura üzvü bildirib ki, Ermənistanın beynəlxalq ictimaiyyətin etirazına baxmayaraq işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionunda qanunsuz “prezident seçkisi”, ardınca mayın 21-də özünün də tanımadığı qeyri-legitim quruma andiçmə şousu keçirməsi bir daha onların beynəlxalq hüquqa hörmətsizlik etmələrinin nümayişidir. 
 
"Dünyanın əksər aparıcı dövlətləri və beynəlxalq təşkilatlar, xüsusilə Avropa İttifaqı, ATƏT, ATƏT PA, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, GUAM, NATO, TURKPA, İslam Əməkdaşlıq Təşkilatı bu "seçki"ni qeyri- qanuni adlandırıb və heç bir siyasi nəticəsinin olmamasını bildiriblər. Lakin bütün bu beynəlxalq etiraza baxmayaraq Ermənistanın bir daha beynəlxalq hüquqa hörmət etmədiyini bəlli edib" - deyən N. Xələf bu saymazlığı nəzərə alaraq, vətəndaş cəmiyyəti nümayəndələrini və diaspor təmsilçiləri ilə yeni kampaniyaya başladıqlarını bildirib. 
 
"Belə bir ciddi müqavimət olan halda Ermənistanın saxta rejim altında şou düzənləməsi fonunda “Armenia, RESPECT INTERNATIONAL LAW !” adlı kampaniyaya başlayırıq. #Armenia #respectintlaw #KarabakhisAzerbaijan".
 
Kampaniyanın hədəfləri və görüləcək işlər haqda ətraflı məlumat veriləcək. 
 
 


22.05.2020 | 21:42