Şuranın dəstəyilə “Xarı Bülbül - Qarabağın sirli möcüzəsi” adlı ilk nəşr işıq üzü görüb

qhtxeber.az  Gənclər üçün Təhsil Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə hazırladığı “Xarı Bülbül - Qarabağın sirli möcüzəsi” adlı ilk nəşr işıq üzü görüb. 
 
Nəşrdə Xarı Bülbüllə bağlı əfsanə, hekayə, şeir və s. materiallar yer alıb. Nəşrin regionlarda məktəblilərə paylanılmasına başlanılıb. 
 
Qeyd edək ki, Mərkəz əzəli Azərbaycan torpağı olan Qarabağın simvollarından biri sayılan Xarı Bülbüllə bağlı hər il müxtəlif layihə həyata keçirir. Bu il isə “Xarı Bülbül - Qarabağın sirli möcüzəsini tanıdaq!” adlı layihəni reallaşdırıb. Layihənin məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, Xarı Bülbüllə bağlı daha çox materiallar hazırlamaq olub.