Şuranın dəstəyilə könüllülük fəaliyyəti təbliğ edilir

qhtxeber.az  “Böyük Yol” Gənclər İctimai Birliyi “Sən, mən, biz - könüllü” layihəsini icra edir.
 
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Skautlar Assosiasiyası və Şəmkir Gənclərin İnkşafı və Kariyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir. 
 
Layihədə Qərb regionu üzrə 40 ən faəl gənc iştirak edir.
 
Layihənin məqsədi həmin 40 fəal gənci təlimçi olaraq yetişdirib Cənab Prezient İlham Əliyevin elan etdiyi Könüllülük ili ilə bağlı ucqar bölgələrdə yaşayan gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təbliğinə nail olmaqdır.