Şuranın dəstəyilə 68 ailəyə gigiyenik vasitələr paylanılacaq

Vətətndaş Təşəbbüsləri və İnsan Hüquqları İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda həssas qrupa aid edilən vətəndaşların Koronavirus (COVID-19) infeksiyasından qorunması üçün ictimai məlumatlandırma və tibbi ləvazimatlarının paylanması kampaniyasının təşkili” adlı layihənin icrasına başlayıb.
 
İctimai Birliyinin icraçı direktoru T. Mirqasımov bildirib ki, layihə Azərbaycanın Göyçay və Ucar rayonlarında icra olunacaq: “Layihə çərçivəsində sosial qayğıya ehtiyacı olan 68 ailəyə koronavirus infeksiyasından qorunmaq üçün gigiyenik vasitələr paylanılacaq”.