XİN: “Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil”

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdə səsləndirdiyi fikirlərə münasibət bildirib.
 
XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, aprelin 14-də Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb:
 
"N. Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.
 
Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:
 
Yurdumuzu çiynəyən
Sayğısız hər kim olsa.
İnan ki, çox sürmədən,
Diz çökəcək qarşıda".