Bu ilin ilk rübündə 17,6 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

qhtxeber.az  Ölkəmizdə qurulan elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin ilk rübündə e-qaydada 17,6 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb.
 
Bunlardan 7,7 mini pensiya, 9,9 mini müavinət və təqaüd təyinatları olub.
 
Sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə pensiya, müavinət və təqaüd təyin edilib.
 
E-təyinat sistemləri xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin operativ təyinatına imkan verib.