510 qazi 2370 reabilitasiya vasitəsilə təmin edilib

"Postmüharibə dövründə reabilitasiya müəssisələrində 800-ə yaxın qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib".
 
Bunu jurnalistlərə açıqlamasında Şağan Reabilitasiya Pansionatın rəhbəri Jalə Həsənova bildirib. Onun sözlərinə görə, 510 qazi 2370 reabilitasiya vasitəsi ilə təmin edilib: "Müharibədə yaralanmış hərbçilərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb.16 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb".
 
J. Həsənova qeyd edib ki, mərkəzdə qazilərə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir: "Müəssisədə ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlər müvafiq xidmətlərlə təmin edilir".