Yaxın günlərdə müharibə əlillərinə avtomobillərin verilməsinə başlanılacaq

Yaxın günlərdə müharibə əlillərinə avtomobillərin verilməsinə başlanılacaq.
 
qhtxeber.az trend-ə istinadən məlumat verir ki, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib.
 
Onun sözlərinə görə, avtomobillər tibbi sosial ekspertizanın rəyi olduğu şəxslərə təqdim olunacaq: “Ötən il 7200 müharibə əlilinə avtomobillərin təqdim olunması həyata keçirildi. Bu il də Nazirlər Kabinetinin qərarı ilə müharibə əlilləri avtomobil ilə təmin olunacaqlar və bu proses yaxın günlərdə həyata keçirilməyə başlanılacaq”.