QHT istedadlı gənclərin elektron məlumat bazasını yaradacaq

“Turan” İstedadlar Birliyi respublikanın şəhər və rayonlarında yaşayıb fəaliyyət göstərən istedadlı gənclərin koordinasiyası, onların səmərəli və aktiv fəaliyyətinə təşkilati dəstəyin verilməsi məqsədilə “İstedadlı gənclərin elektron məlumat bazasının yaradılması” adlı sosial-mədəni layihəyə start verir.
 
Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, özünü hər hansı bir sahədə istedadlı hesab edən gənclər tərcümeyi-hal və fəaliyyətlərini əks etdirən foto-video materiallarını info@turan-ib.az elektron ünvanına göndərə bilərlər.
 
Sənədləri, birlik tərəfindən yaradılmış sənəd qəbulu komissiyanın baxış mərhələsindən keçib müvafiq meyarlara cavab verən və nəticədə məlumatları bazaya daxil edilən istedadlı gənclərin respublika və xaricdə tanıdılması, yaradıcılıq fəaliyyətlərinin dəstəklənməsi və genişləndirilməsi, eləcə də məşğulluq problemlərinin həlli yolunda ardıcıl tədbir və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.