Jurnalistlər üçün ixtisaslaşma təlimi keçiriləcək

Mayın 31-i saat 11:00-da Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin magistratura səviyyəsində oxuyan tələbələr və təhsildən yazan jurnalistlər üçün ixtisaslaşma təlimi keçirəcək.
 
Təlimdə startap ekosistem təmsilçisi Məmməd Kərim "Rəqəmsal media: yeni trendlər", telejurnalist Xəyal Tağıyev isə "İxtisaslaşmış jurnalistika: müasir mediada onun yeri" mövzularında çıxışlar edəcəklər.