Milli QHT Forumunun X Qurultayı ilə əlaqədar namizədliklərin irəli sürülməsinə başlanılıb

qhtxeber.az  Milli QHT Forumunun X Qurultayı ilə əlaqədar olaraq MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinə başlanılı.
 
MQF-nin X Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcək.
 
MQF-nin Nizamnamə tələblərinə uyğun olaraq hər bir MQF üzvü olan QHT rəhbəri və nümayəndəsi MQF-nin rəhbər orqanlarına namizədliklərini irəli sürə bilər.
 
MQF üzvü olan QHT rəhbərlərinin bu prosesdə aktiv iştirak etmələri xahiş olunur.
 
Namizədliyi irəli sürmək üçün tələblər:
MQF üzvü olan QHT rəhbərləri və nümayəndələri namizədliyini irəli sürə bilər;
Namizədliyini irəli sürən şəxsin rəhbərlik etdiyi QHT-nin İdarə Heyətinin qərarı.
 
Namizədliyin irəli sürülməsi üçün lazım olan sənədlərin (ərizə, anket və tərcümeyi-hal) qəbulu üçün son tarix 15 iyun 2021-ci ildir.
 
Müraciət üçün sənədlər azngoforum@gmail.com e-poçt ünvanına göndərilməlidir.
 
MQF-nin X Qurultayının 1 ay müddətində keçirilməsi qərara alınıb.
 
Qeyd: MQF-nin Nizamnamə tələblərinə cavab verməyən QHT nümayəndəsinin namizədliyi qəbul edilməyəcək.
 
Ünvan: Milli QHT Forumunun ofisi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 154 (Aqrar Tədqiqatlar Mərkəzinin binası, 2-ci mərtəbə, 10-cu otaq). 
 
Əlaqə: 012 493 57 41; 012 493 54 81; 077 415 11 11; 077 415 15 15. e-mail: azngoforum@gmail.com 
 
Sənədlər əlavə olunur: